Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
Nə rəsmi Moskva, nə də Vaşinqton Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla hər hansı məsələni müzakirə etmək niyyətində deyil".
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml sözçüsü beynəlxalq münasibətlərin "siyasətçilərin cılızlaşması (deqradasiyası)" səbəbindən zərər çəkdiyini qeyd edərək, K.Kallası buna misal göstərib.
"Nə biz, nə də amerikalılar onunla heç vaxt heç nəyi müzakirə etməyəcəyik. Bu, açıq-aşkar belədir", - deyə o vurğulayıb.
Rusiya liderinin mətbuat katibi "Bəs bu vəziyyətdə nə etmək lazımdır?" sualına yeganə həll yolu kimi belə cavab verib: "Yalnız onun gedişini gözləmək lazımdır".