Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri yaxın gələcəkdə baş tuta bilər, lakin dəqiq tarixlər hələ müəyyən edilməyib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sentyabrın 7-də bildirib.
“Yaxın gələcəkdə. Hələlik dəqiq tarixlər yoxdur”, - deyə o, RİA Novosti agentliyinə bildirib.
Peskovun qeyd etdiyi kimi, Paşinyanın səfərinin bu il baş tutacağı gözlənilir.
Sentyabrın 1-də Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən sonra keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyinə üzvlüyünü ətraflı müzakirə etmək üçün Paşinyanı Moskvaya dəvət etdiyini açıqlamışdı. Putin həmçinin Rusiya ilə Ermənistan arasında əlaqələrin sıx olaraq qalmasında maraqlı olduğunu qeyd etmişdi.
P.ƏMİRCANOV
XQ