Peskov: Putin sülhə açıqdır, Kiyev isə bunu istəmir

02.04.2025

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı vəziyyəti sülh yolu ilə həll etməyə hazırdır, lakin Kiyev bu yolla getmək istəmir.
Turkustan.az xəbər verir ki, Peskov vurğulayıb ki, "Prezident Putin dinc danışıqlara, Ukraynadakı vəziyyəti siyasi və diplomatik üsullarla həll etmək yollarını tapmağa açıq olaraq qalır və Rusiyanın Amerika tərəfi ilə razılaşaraq, enerji infrastrukturu obyektlərinə hücumlara müvəqqəti moratoriuma qoşulduğunu bəyan etməsi bunun ən bariz sübutudur".
Peskov davam edib: "Bununla belə, Kreml Kiyev rejiminin eyni yolla getmək istəmədiyini görür".

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью