Peskov: Putin Tramp görüşü üçün ABŞ dən hələ siqnal almamışıq

27.01.2025

Icma.az bildirir, Azvision portalına istinadən.

Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov mətbuata brifinqində "RİA Novosti"nin "Moskva Tramp və Putin arasında görüş keçirməyə, yaxud Rusiya Prezidenti ABŞ-də belə görüşə getməyə hazırdırmı?" sualını cavablandırarkən dilə gətirib.
"Eşitdiyimizə görə, ABŞ tərəfi də hazırdır. Görünür, müəyyən vaxt lazımdır. Görüş iki ölkə liderlərinin məqsədəuyğun saydıqları vaxtdan asılıdır", - o deyib.
Xatırladaq ki, Rusiya lideri Vladimir Putin ABŞ-li həmkarı ilə görüşməyə, hər iki ölkəni maraqlandıran bütün məsələlər ətrafında müzakirə aparmağa hazır olduğunu söyləyib.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью