Peskov: Putin, Tramp və Zelenskinin üçtərəfli görüşü yaxın vaxtlarda çətin ki, mümkün olsun

03.06.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın və Volodimir Zelenskinin üçtərəfli görüşü yaxın vaxtlarda çətin ki mümkün olsun, belə təmaslar texniki razılaşmaların nəticəsi olmalıdır".

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqların yekununu şərh edərkən bildirib.

O qeyd edib ki, Rusiya prezidenti dəfələrlə ən yüksək səviyyədə təmaslara hazır olduğunu vurğulayıb:

"Prezident Putin təmaslar ideyasını dəstəkləyir, lakin onların yaxşı hazırlanmalı olduğunu düşünür".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью