Peskov: “Putin Ukraynadakı münaqişənin həllinə hələ də hazırdır”

19.09.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

“Vladimir Putin Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına hazırdır və bu istiqamətdə çoxsaylı səylər göstərir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a müsahibəsində bildirib.
O bəyan edib ki, Rusiya hakimiyyəti ABŞ-nin və şəxsən prezident Donald Trampın bu münaqişənin həlli üçün siyasi iradəyə və niyyətə malik olduğunu düşünür: “Əlbəttə, prezident Tramp bu məsələyə kifayət qədər emosional yanaşır. Kreml Ukrayna ilə bağlı vəziyyətin siyasi-diplomatik yolla həllinə hələ də açıqdır”.
Eyni zamanda Peskov vurğulayıb ki, Avropa ölkələri vəziyyətin yumşaldılmasından daha çox, gərginliyi dərinləşdirməyə çalışırlar: “Onlar gərginliyin artması üçün hər cür addım atırlar və bu cür hərəkətlər münaqişənin həllinə mane olur”.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью