Peskov: Putin və Ərdoğan Ukraynada atəşkəsi müzakirə etməyib

18.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı münaqişənin hazırkı cəbhə xəttində dondurulması təşəbbüsünü müzakirə etməyiblər.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov "Bloomberg" agentliyinin Ərdoğanın Rio-de-Janeyroda keçiriləcək G20 sammitində atəşkəs təşəbbüsü irəli sürəcəyi ilə bağlı məlumata münasibət bildirərkən deyib.

“Xeyr, bu müzakirə olunmayıb. Biz də hələlik yayılan məlumatları görmüşük. Bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur, onların nədən danışa biləcəyini bilmirik”, - Kreml nümayəndəsi qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью