Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
Rusiya prezidenti Vladimir Putinlə Suriya lideri Əhməd Əş-Şaraa arasında keçiriləcək bu günkü danışıqlarda Suriyadakı Rusiya hərbçilərinin mövzusu müzakirə olunacaq.
Xalqcebhesi.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Kremlin nümayəndəsi olaraq əminəm ki, Suriyadakı hərbçilərimizin mövqeyi ilə bağlı bütün məsələlər bu gün danışıqlarda da gündəmə gələcək”, – deyə Peskov qeyd edib.
Məryəm Quliyeva