Peskov: “Putin və Uitkoffun görüşü dekabrın 5 dək baş tutacaq”

30.11.2025

Icma.az, Bizim media saytına istinadən bildirir.

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçisi Stiven Uitkoffu 4–5 dekabra qədər – yəni Hindistana dövlət səfərinə yola düşməsindən əvvəl qəbul edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə TASS yazıb.
Bu xəbəri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalında Pavel Zarubinin “Moskva. Kreml. Putin” proqramında təsdiqləyib.
Jurnalist Peskovdan soruşub ki, əgər Rusiya lideri cümə axşamı Hindistana gedirsə, Uitkoffun səfəri həqiqətən də bazar ertəsi, çərşənbə axşamı və ya çərşənbə günü baş tuta bilərmi?
“Deduksiya yolu ilə düzgün nəticəyə gəldiniz”, – deyə Peskov cavab verib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью