Peskov: Putin və Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenskinin dekabr ayında Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində görüşü mümkün deyil. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov AFP-yə açıqlamasında bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya və Ukrayna liderlərinin G20 sammiti zamanı görüşməsini təklif edib.

Görüş üçün alternativ məkan barədə suala cavab verən Peskov bildirib ki, Moskva Zelenski ilə görüşə hazırdır:

“Onunla Moskvada görüşməyə hazırıq.”

G20 sammitinin 14–15 dekabr tarixlərində keçirilməsi planlaşdırılır. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Moskva sammitə yüksək səviyyədə dəvət olunub. Bununla belə, Vladimir Putinin sammitdə iştirak edib-etməyəcəyi hələ müzakirə olunmayıb.

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında son danışıqlar ABŞ-ın vasitəçiliyi ilə 23–24 yanvar və 4–5 fevral tarixlərində Əbu-Dabidə, daha sonra isə 17–18 fevralda Cenevrədə keçirilib. Kreml danışıqların bu formatda “yaxın perspektivdə” yenidən bərpa olunacağına ümid etdiyini bildirib.

S.ELAY

XQ 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью