Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 27-də bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Mayamidə keçiriləcək Böyük İyirmilik (G20) sammitində şəxsən iştirakı ilə bağlı qərar hələ verilməyib.
O, RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib ki, hələlik bu məsələ ilə bağlı heç bir qərar qəbul edilməyib.
Bundan əvvəl, 16 oktyabrda ABŞ Prezidenti Donald Tramp Putini Mayamidə keçiriləcək G20 sammitində görmək istədiyini bildirmişdi. Lakin ABŞ lideri Rusiya prezidentinin iştirak edib-etməyəcəyi barədə heç nə bilmədiyini qeyd etmişdi.
G20 sammitinin 14-15 dekabr tarixlərində ABŞ-ın Mayami şəhərində keçirilməsi planlaşdırılır.
P.ƏMİRCANOV
XQ