Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib

24.09.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moskva, 24 sentyabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putinin Mayamidə keçiriləcək G20 sammitində iştirakı ilə bağlı yekun qərar hələ verilməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu barədə danışmaq hələ tezdir; hələlik heç bir qərar qəbul edilməyib. Biz bu cür xoş dəvəti həqiqətən yüksək qiymətləndiririk. Biz buna dəyər veririk. Dəvət diqqətlə nəzərdən keçiriləcək və sonra müvafiq qərar veriləcək”, - deyə Kremlin sözçüsü bildirib.

Peskov vurğulayıb ki, Rusiya G20-də və onun çərçivəsində keçirilən bütün tədbirlərdə iştirakını mümkün qədər səmərəli şəkildə davam etdirmək niyyətindədir.

O, Rusiyanın sammitdə iştirakının həm ən yüksək, həm də aşağı işçi səviyyələrdə ola biləcəyini bildirib.

Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Vladimir Putini Mayamidə keçiriləcək G20 sammitində iştirak etməyə dəvət etdiyini açıqlamışdı.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью