Peskov: Putinin mayın 15 də işgüzar görüşləri var

14.05.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Mayın 15-də Rusiya prezidenti Vladimir Putinin işgüzar görüşləri nəzərdə tutulub.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Prezidentlə işgüzar görüşlər planlaşdırılır”, - deyə Peskov prezidentin mayın 15-də iş qrafikini açıqlamaq xahişinə cavab olaraq deyib.

Kreml sözçüsünün cavabını Yunaşev "Live Telegram" kanalında yayımlanıb.

Bu işgüzar görüşlərin Rusiyada baş tutub-tutmayacağına dair aydınlaşdırıcı suala cavab olaraq, Kreml sözçüsü təkrarladı: “İşçi görüşlər”, - deyə suala dəqiq cavab verməkdən yayınıb.

Peskovun bu cavabı Putinin İstanbula gedəcəyi ilə bağlı etimalları artıtıb.

Mayın 11-nə keçən gecə jurnalistlərə danışan Putin Kiyevə 2022-ci ildə kəsilmiş birbaşa Rusiya-Ukrayna danışıqlarını ilkin şərt olmadan bərpa etmək təklifini səsləndirib. Mayın 15-də İstanbulda Rusiya nümayəndə heyəti Kiyev nümayəndələrini gözləyəcək.

Vladimir Zelenski Aİ ölkələrinin dəstəyi ilə İstanbula şəxsən gəlmək arzusunda olduğunu bildirib və Rusiya nümayəndə heyətinin tərkibi ilə bağlı tələblər irəli sürməyə başlayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью