Peskov: “Putinin Paşinyanla təkbətək görüşü nəzərdə tutulmur” KONKRET

24.12.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Sabah Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti öz işinə başlayacaq.

KONKRET.az Lenta.ru-ya istinadən xəbər verir ki, həmin görüşdə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayrıca görüş  planlaşdırılmır. Bunu  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “Ayrıca görüş nəzərdə tutulmayıb, lakin lazım gələrsə, onların danışmaq imkanı olacaq”, – deyə o qeyd edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью