Peskov Putinlə Ərdoğanın noyabrın 24 də telefon danışığı aparacağını təsdiqləyib

24.11.2025

Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 24-də telefon danışığı aparacağını təsdiqləyib.

Doğru.az xəbər verir ki, Peskov TASS-a açıqlamasında qısa şəkildə “Bəli. Biz təsdiq edə bilərik” deyə bildirib.

Qeyd edək ki, bundan əvvəl prezident Ərdoğan özü də noyabrın 24-də Putinlə telefon danışığının nəzərdə tutulduğunu açıqlamışdı.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью