Peskov: Putinlə Şolz arasında telefon danışığı qısa zamanda razılaşdırılıb

16.11.2024

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Alman tərəfinin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı tələbinə Kreml kifayət qədər tez cavab verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov ölkə mətbuatına açıqlama verərkən bildirib.

Kreml nümayəndəsi jurnalistlərin Putinin Almaniya kansleri Olaf Şolzla danışığını əlaqələndirmək üçün nə qədər vaxt lazım olduğuna dair sualına “Çox tez, bu çox qısa müddətdə və demək olar ki, dərhal” cavabını verib.

Noyabrın 15-də Rusiya Federasiyası və Almaniya liderləri arasında telefon danışığı olub.

Eyni zamanda, hələ noyabrın 11-də Peskov jurnalistlərə deyib ki, Şolzla telefon danışığına hazırlıq aparılmır və hələ Almaniya tərəfdən bununla bağlı heç bir siqnal daxil olmayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью