Peskov: Qərbin Belarusdakı prezident seçkilərinə reaksiyası proqnozlaşdırılan idi

27.01.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Qərbin Belarusdakı prezident seçkilərinə reaksiyası proqnozlaşdırıla bilən idi.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin Lukaşenkonu seçkilərdə inamlı qələbəsi və uğurlu seçkilərin keçirilməsi münasibətilə təbrik edib. "Biz hamımız bu təbriklərə qoşuluruq. Biz müttəfiqlərimizin uğurlarına sevinirik. Hesab edirik ki, bu, tamamilə qanuni, yaxşı təşkil olunmuş, şəffaf, hazırkı dövlət başçısının inamlı qələbəsi ilə nəticələnən seçkilər idi. Qərbdən gələn səslərə gəlincə, bu, kifayət qədər proqnozlaşdırıla biləndir. Biz bunları diqqətə almağı mümkün hesab etmirik", - Peskov vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью