Peskov: Qrenlandiya məsələsindən narahat deyilik

22.01.2026

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov yerli mətbuata açıqlamasında dilə gətirib. O bildirib ki, rəsmi Mokva öz maraqlarının həlli istiqamətində işlər görür: "Qrenlandiya ilə əlaqədar məsələnin bizə aidiyyəti yoxdur. Yalnız öz işlərimiz bizi maraqlandırır".
Dünən Prezident Vladimir Putin də öz çıxışında oxşar fikirlər söyləmişdi.
The Telegraph: "ABŞ Qrenlandiyada hərbi bazaları tutacaq"
Məlumat üçün xatırladaq ki, Qrenlandiya Danimarka daxilində muxtariyyətə və daxili siyasətə malikdir. ABŞ Prezidenti Donald Tramp keçən il ikinci dəfə prezident seçildiyi gündən bəri bu adanın ilhaqına çalışır. Danimarka hökuməti isə belə bir addımla qətiyyən razılaşmır.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью