Peskov: Rusiya ABŞ danışıqları davam edəcək, lakin konkret tarix bəlli deyil

07.04.2025

525.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya-ABŞ danışıqlarının davam etməsi gözlənilir, lakin tarix hələ müəyyən edilməyib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Danışıqlar davam etməlidir, bu, ümumi anlayışdır. Hələ ki, konkret gün yoxdur, bəlli olan kimi sizi məlumatlandıracağıq", - o qeyd edib.

Daha əvvəl Rusiya Prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bu həftə Rusiya və ABŞ arasında yeni təmasların gözlənildiyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью