Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.
“Xüsusi hərbi əməliyyat Kiyev qərar qəbul edənə qədər davam edəcək”
“Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün qapı açıqdır. Lakin Kiyev müvafiq qərarlar qəbul edənə qədər Moskva xüsusi hərbi əməliyyatını davam etdirəcək”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
"Rusiya xüsusi hərbi əməliyyatını davam etdirir. Sülh yolu ilə həllin qapısı açıqdır və Rusiya danışıqlara açıqdır ", - deyə Kremlin sözçüsü vurğulayıb.
"Lakin Kiyev müvafiq qərarlar qəbul edənə qədər xüsusi hərbi əməliyyat davam edəcək", - Peskov əlavə edib.