Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Rusiya "danışıqlar üçün əlverişli şərait yaratmaq" məqsədilə bu addıma razılıq verib. O bildirib ki, "Prezident Tramp şəxsən Putindən danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə 1 fevrala qədər Kiyevə zərbə endirməkdən bir həftə çəkinməsini istəyib".
Peskov həmçinin Prezident Vladimir Zelenskinin Putini Kiyevə səfər etmək xahişinə cavab olaraq bildirib ki, Putinlə görüş tələb edən Zelenski olub, əksinə yox. "Putin Zelenskini heç yerə dəvət etməyib və ona heç bir görüş təklif etməyib... Əslində, Zelenski görüşün təşəbbüskarıdır. Və cavab olaraq Prezident Putin ona bəli, biz hazırıq, amma yalnız Moskvada", - deyib.
O, həmçinin bildirib ki, Moskva BMT-nin Baş katibi Antonio Quterreşin Krım və Donbas vəziyyətində xalqların öz müqəddəratını təyin etmə hüququnun tətbiq olunmadığını elan edən nəticələrini "dərin səhv" hesab edir.
Xatırladaq ki, Tramp cümə axşamı günü bildirib ki, o, "şəxsən" Putindən "şiddətli şaxtalar" səbəbindən Ukraynaya zərbələri bir həftə dayandırmasını istəyib.
Bu söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın "enerji atəşkəsi həftəsi"ni hansı gün geri saymağa başladığı məlum deyil. Lakin, 1 fevraldan etibarən Ukrayna -30 dərəcəyə qədər düşən yeni şiddətli soyuq dalğası ilə üzləşəcək. Həmin gün "enerji atəşkəsi" başa çatacaq və Rusiya daha bir zərbə endirə bilər.
Qadir, Bizimyol.info