Peskov: Rusiya ilə ABŞ arasında münasibətlər sıfır səviyyəsindədir

07.07.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlər hazırda sıfır səviyyəsindədir.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Die Welt" jurnalına müsahibəsində bildirib.

"İkitərəfli münasibətlərimiz ən yaxşı vəziyyətdə deyil. Onlar faktiki olaraq dayanıb və sıfır səviyyəsindədir", – deyə Peskov qeyd edib.

Bununla belə, o, Moskva ilə Vaşinqtonun dialoq aparmaq qabiliyyətini qoruduğunu vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью