Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov “İzvestiya” nəşrinə açıqlamasında deyib ki, Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpası məsələsi hələ də Ukrayna üzrə danışıqların gedişindən asılıdır.
“Onlar (ikitərəfli münasibətlər) əvvəlki kimi Ukrayna nizamlanması ilə əlaqələndirilir. Hazırda bundan başqa heç nə yoxdur”, – deyə Kremlin sözçüsü bildirib.
Xatırladaq ki, Rusiya və ABŞ arasında münasibətlər son illərdə Ukraynadakı müharibə fonunda ciddi şəkildə pisləşib. Tərəflər arasında diplomatik əlaqələrin və əməkdaşlığın bərpası ilə bağlı zaman-zaman müzakirələr aparılsa da, hələlik bu istiqamətdə nəzərəçarpacaq irəliləyiş əldə olunmayıb.
Bizimyol.info