Peskov: Rusiya qəzanın obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır

09.01.2025

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Rusiya Azərbaycan təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı obyektiv və qərəzsiz araşdırma aparılmasında maraqlıdır.

Bakupost.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya müvafiq komissiyanın işinin nəticəsini gözləyir.

Kremlin sözçüsü əlavə edib ki, rusiyalı mütəxəssislər istintaqa köməklik göstərir.

"Prezident Putin və Prezident İlham Əliyev iki dəfə telefonla danışıblar. İstintaq orqanlarına lazımi göstərişlər verilib, bu qəzanın səbəblərinin araşdırılmasında bütün lazımi köməklik və əməkdaşlıq edilir. Prezident Putin üzr istəyib və təəssüf hissi keçirdiyini bildirib", - deyə Peskov vurğulayıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью