Peskov: Rusiya Ukraynadakı münaqişə ilə bağlı konkret sənədləri müzakirə etmir

28.01.2026

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Rusiya hazırda Ukraynadakı münaqişənin həlli ilə bağlı konkret sənədləri müzakirə etmir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyevin iki sülh müqaviləsi ilə bağlı iddialarını şərh edərkən bildirib .

"Hazırda heç bir sənəd siyahısını müzakirə etmirik. Biz inanırıq ki, bütün bunlar gizli şəkildə, qapalı edilməlidir və hazırda da belədir", - Kremlin sözçüsü bildirib.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bir gün əvvəl Kiyevin Vaşinqtonla münaqişənin həlli üçün 20 maddəlik sülh sazişi imzalayacağını açıqlamışdı.

O, ABŞ-nin Rusiya ilə ayrıca sənəd imzalayacağını da deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью