Peskov: Rusiya və Gürcüstan arasında münasibətlərin normallaşması üçün dəqiq müddət hələ yoxdur

14.04.2025

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Rusiya Gürcüstanla münasibətlərin normallaşması üçün addımlar atmağa hazırdır, lakin diplomatik əlaqələrin bərpası üçün hər hansı dəqiq müddət yoxdur.

525.az "Report"a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya XİN başçısının müavini Mixail Qaluzinin Rusiyanın Gürcüstanla diplomatik əlaqələri bərpa etməyə hazır olması barədə bəyanatını şərh edərkən deyib.

"Hər hansı dəqiq müddət yoxdur. Lakin Rusiyanın həqiqətən münasibətlərin normallaşması üçün addımlar atmağa hazır olması doğrudur. Biz buna hazır olan və bunu istəyən bütün ölkələrlə yaxşı münasibətlər qurmaqda maraqlıyıq", - Kremlin nümayəndəsi vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью