Peskov: Rusiya və Türkiyə liderləri arasında görüş lazım olduqda baş tutacaq

03.03.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lazım gələrsə, Moskva ilə Ankara arasında ən yüksək səviyyədə təmaslar mümkün olacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatının suallarına cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Lazım gəlsə, ən yüksək səviyyədə də təmaslar olacaq. Münasibətlərimiz o qədər sıx və işləkdir ki, bütün lazımi təmaslar bir neçə saat ərzində razılaşdırıla bilir”, - deyə Kremlin sözçüsü bildirib.

Kazanda keçirilən BRİKS sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin “çox qısa müddətdə” səfərini gözlədiyini bildirib. Rusiya lideri ona söz verib ki, mütləq gələcək.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью