Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya və Ukrayna ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin daxil olduğu ABŞ nümayəndə heyətinin regiona səfəri ilə əlaqədar qısamüddətli atəşkəs barədə razılığa gəliblər.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "İnterfaks"a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, bu atəşkəs rejiminin sentyabrın 5-dən 8-dək qüvvədə olacağını təsdiqləyib.
"Rusiya Prezidenti Vladimir Putin bu gün gecə saat 12-dən başlayaraq üç gün ərzində Kiyevə zərbələr endirməmək barədə göstəriş verib", - D.Peskov qeyd edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin