Peskov Rusiyanın Suriyadakı hərbi bazalarının taleyindən danışıb

09.12.2024

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Rusiyanın Suriyadakı hərbi bazalarının taleyindən danışmaq hələ tezdir".

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya bazalarının Xmeymim və Tartusda saxlanılması barədə danışmaq tezdir: "Bu, Suriyaya rəhbərlik edəcək şəxslərlə müzakirə mövzusudur".

Kremlin sözçüsü qeyd edib ki, Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edə biləcək şəxslərlə təmaslar qurur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью