Peskov: RusiyaUkrayna danışıqları üçün heç bir əsas yoxdur

04.12.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

Rusiya-Ukrayna danışıqları üçün heç bir əsas yoxdur.

APA xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” qəzetinə açıqlamasında bildirib.

“Hələlik danışıqlar üçün heç bir əsas yoxdur”, - Peskov qeyd edib.

Kreml nümayəndəsinin sözlərinə görə, Qətər də daxil olmaqla bir çox ölkələr danışıqlar üçün öz ərazilərini təqdim etməyə hazır olduqlarını bəyan ediblər.

“Doğrudan da, əmirlik müxtəlif məsələlər üzrə vasitəçilik xidmətləri baxımından çox fəaldır və bunu səmərəli edir. Bundan əlavə, Qətərlə ikitərəfli əlaqələrimiz əla inkişaf edir. Biz belə xoşməramlılığa görə bütün ölkələrə, o cümlədən Qətərə minnətdarıq”, - Peskov qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью