Peskov: Trampdan müsbət siqnallar alırıq, lakin...

10.11.2024

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Moskva Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ-ın yeni seçilmiş prezidenti Trampın mövqeyində müsbət siqnallar görür.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Tramp qarşıdurmadan yox, sülhdən danışır:

"Siqnallar müsbətdir. Tramp seçki kampaniyası zamanı hər şeyin həllini razılaşma vasitəsilə gördüyündən, sülhə gətirib çıxara biləcək bir sövdələşmə edə biləcəyindən danışıb".

O qeyd edib ki, Trampın seçki kampaniyası zamanı verdiyi bəyanatlara nə dərəcədə əməl edəcəyini proqnozlaşdırmaq çətindir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью