Peskov: Trampın səfərinin Putinlə heç bir əlaqəsi yoxdur

02.04.2025

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Jurnalistlər brifinqdə Rusiya prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanında Trampla görüşmək niyyətində olub-olmadığını soruşublar. Suallar arasında bu potensial görüşün Ukrayna ilə bağlı danışıqlar sayılıb-sayılmayacağı da olub.
"Bunlar sırf Amerika dövlətinin başçısının planlarıdır. Bunun Putinlə heç bir əlaqəsi yoxdur. Putinin hələlik belə planı yoxdur. Biz ABŞ-la müxtəlif kanallar vasitəsilə müxtəlif səviyyələrdə təmasları davam etdiririk", - Kreml sözçüsü bildirib.
Xatırladaq ki, aprelin 1-də Tramp Ağ Evdə jurnalistlərə ilk xarici səfərini Səudiyyə Ərəbistanına edəcəyini deyib. O bildirib ki, səfəri apreldə və ya bir ay sonra da baş tuta bilər.
Tural Tağıyev
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью