Icma.az, Cebheinfo saytına istinadən bildirir.
“Ukrayna münaqişəsinin həlli ilə bağlı, xüsusilə ərazi məsələsi daxil olmaqla, əsas mövzular hələ razılaşdırılmayıb”.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov Rusiyanın fevralda Ukrayna ilə sülh müqaviləsinə yaxın olması barədə iddiaları tamamilə yalan adlandırıb.
O qeyd edib ki, keçirilən üçtərəfli danışıqlarda müəyyən irəliləyiş əldə olunsa da, Rusiya üçün vacib məsələlər açıq qalır.
Onun sözlərinə görə, ərazi məsələsində heç bir real irəliləyiş yoxdur:
“Hazırda Moskva danışıqlara açıqdır və prosesi davam etdirməkdə maraqlıdır”.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin