Peskov Ukrayna ilə bağlı qərarı açıqladı: Fevralın 1 dən sonra...

31.01.2026

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Federasiyası 1 fevrala qədər Ukrayna ərazisinə zərbələr endirməkdən çəkinməyə razılaşıb.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu qərar danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədi daşıyır.

Peskov həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp şəxsən Rusiya Prezidenti Vladimir Putindən fevralın əvvəlinə qədər Ukrayna infrastrukturuna hücumlardan imtina etməyi xahiş edib.

Bundan əvvəl Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Aleksey Çepa açıqlamasında Ukrayna ilə bağlı qarşıdan gələn danışıqların münaqişənin hər iki tərəfinin tələblərinə dair çoxsaylı nüansları əhatə edəcəyini vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью