Peskov: “Ukrayna müharibəsi barədə Bakı ilə mövqelərimiz fərqlidir” VİDEO

22.07.2025

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın lideri İlham Əliyevin bir neçə gün əvvəl III Şuşa Qlobal Media Forumunda Ukraynadakı mnüaqişə ilə bağlı sözlərini şərh edərkən belə deyib.
“Biz Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyini bilirik. Burada fərqli fikirlərimiz var. Əvvəldən Azərbaycan bu mövqedən çıxış edirdi, biz bununla razılaşmırdıq. Lakin bu, maneə deyildi”, - Kremlin sözçüsü vurğulayıb.
Peskov: “Bakı-Moskva münasibətlərinin çətin dövrünü yaşanır” | VİDEO Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunda AZAL-ın sərnişin təyyarəsinin Rusiya səmasında vurulması ilə bağlı Moskvanın astagəllik siyasətini tənqid edərək, bunun ikitərəfli münasibətlərin inkişafına zərbə vurduğunu da diqqəyt çatdırıb.
Məhz Moskvanın süründürməçiliyi nəticəsində rəsmi Bakı təyyarə qəzasının araşdırılması və hüquqi kontekstdə qiymətləndirilməsi üçün Beynəlxalq Məhkəmə qurumlarına müraciət hazırlayır.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью