Peskov: Ukraynanın danışıqlarda mövqeyi hər gün pisləşir

10.10.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın danışıqlarda mövqeyi hər gün pisləşir, lakin Ukrayna bundan xəbərsizdir. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, bildirib ki, Ukraynanın Rusiyanın təkliflərinə cavab vermək istəməməsi İstanbul danışıqlar prosesini dayandırıb. 

"Ukrayna tərəfi Rusiyanın üç konkret işçi qrupunun yaradılması təşəbbüsünə cavab vermir. halbuki zirvə görüşündən əvvəl görüşü yaxınlaşdıracaq ev tapşırığına başlamaq lazımdır", - Peskov qeyd edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью