Peskov yeni səfərbərlik barədə xəbərləri dezinformasiya adlandırıb

25.08.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Kremlin sözçüsü Dmitri Peskov Rusiyada yeni səfərbərlik planları ilə bağlı son xəbərləri “dezinformasiya” adlandırıb. 

Peskov bu açıqlamanı RTVI ilə söhbətində Kremlin yeni səfərbərliyə hazırlaşması iddialarını qiymətləndirməsi və Rusiya hakimiyyətinin onun elan edilməsi ilə bağlı hər hansı ssenarini nəzərdən keçirib-keçirməməsi ilə bağlı suala cavab olaraq verib.

Kremlin sözçüsü bildirib: “Bilirsiniz, bütün bunlar Ukrayna hakimiyyəti tərəfindən ortaya atılır. Təbii ki, rejim ölkəmizdəki vəziyyəti ideoloji cəhətdən pozmağa çalışır. Bunların hamısı, sadəcə, mediada qəsdən səpilmiş cəfəngiyatdır”.

Rusiyada mümkün səfərbərlik barədə açıqlamalar Ukrayna Prezidenti Vladimir Zelenski və Qərb mediası tərəfindən verilib.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью