Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski hələlik Rusiya Prezidenti Vladimir Putinə zəng etməyib.
Sherg.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalist Aleksandr Yunaşevə açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığından sonra Putin bütün ölkə liderləri ilə dialoqa hazır olduğunu bəyan edib.
Zelenskinin də bu dialoq imkanına daxil olub-olmadığı barədə suala cavab verən Peskov bildirib ki, hələlik Ukrayna tərəfindən Rusiya prezidentinə zəng daxil olmayıb.