Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Rusiya atəşkəs istəmir, uzunmüddətli sülh istəyir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin 60 günlük atəşkəs təklifinə münasibət bildirərkən deyib.
Peskov qeyd edib ki, Rusiya atəşkəs deyil, uzunmüddətli sülh istəyir və buna nail olmaq üçün hər şeyi etməyə hazırdır.
Kremlin sözçüsü həmçinin əlavə edib ki, Rusiya Ukrayna məsələsindəki səylərinə görə Amerika danışıqçılarına minnətdardır.
Qeyd edək ki, Zelenski Rusiya 60 günlük atəşkəsə razılaşarsa, Ukraynanın seçkilər keçirməyə hazır olduğunu bildirib.