Peskovdan ABŞ a “Starlink” mesajı KONKRET

27.09.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Starlink” peyk rabitə sistemindən əldə olunan məlumatların Rusiyanın dərinliklərinə zərbələr endirilməsi məqsədilə ötürülməsini təhlükəli addım kimi qiymətləndirib.

KONKRET.az xəbər verir ki, Peskov “Vesti” informasiya xidmətinə müsahibəsində bildirib ki, İlon Maska məxsus peyk sistemlərinin Rusiyanın dərinliklərinə zərbələr üçün təqdim edilməsi Moskva üçün “çox zərərli, potensial təhlükəli və düşünülməmiş addım” olardı.

Kremlin sözçüsü Rusiyanın ölkənin təhlükəsizliyini təmin etmək üçün lazımi texnologiya və imkanlara malik olduğunu da vurğulayıb.

“Rusiyanın istənilən tədbiri həyata keçirmək üçün lazımi potensialı var”, – Peskov qeyd edib.

O, həmçinin Rusiyanın “Rassvet” peyk sisteminin gələcəkdə daha effektiv fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirib.

“Ümid edirik ki, bu, mümkün qədər tez baş verəcək”, – Kremlin nümayəndəsi əlavə edib.

Günay Əli
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью