Peskovdan Bakıdakı hazırlıqlara cavab: Haqqınızdır, gözləyəcəyik

21.07.2025

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan Aktau yaxınlığında baş verən təyyarə qəzasından sonra Rusiyaya qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırsa, Moskva rəsmi qərarları gözləyəcək".

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

"İstintaq davam edir. Əgər Azərbaycan belə bir qərar verərsə, bu, onların haqqıdır. Rusiya prosesin rəsmi qərarını gözləyəcək", - deyə Peskov bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib ki, Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə məxsus "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfindən hələ də heç bir cavab təqdim olunmayıb.

Dövlət başçısı qeyd edib ki, rəsmi Bakı sözügedən məsələ ilə bağlı beynəlxalq məhkəməyə müraciət edəcək və bunun üçün dosye hazırlanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью