Peskovdan nüvə açıqlaması: Risklər var...

13.11.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov nüvə silahları ilə bağlı ritorikanın təhlükəli olduğunu bildirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA “Novosti” məlumat yayıb. Kremlin sözçüsü qeyd edib ki, nüvə silahı qarşılıqlı çəkindirmə baxımından sülhün qorunması üçün mühüm vasitədir, lakin bu mövzu ətrafında aparılan müzakirələrin özü belə risklidir.

“Nüvə silahları qarşılıqlı çəkindirmə baxımından sülhün qorunması üçün yaxşı bir şeydir, lakin digər tərəfdən, onlar haqqında danışmaq belə təhlükəlidir”, – Peskov vurğulayıb.

Kreml nümayəndəsi əlavə edib ki, Rusiya bu silahları yalnız təhlükəsizlik balansının qorunması məqsədilə saxlayır və nüvə mövzusunun siyasi ritorika səviyyəsində istifadəsi yolverilməzdir.

Tahir Turan
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью