GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hazırda Rusiya və ABŞ liderləri – Vladimir Putin və Donald Tramp arasında yeni telefon danışığı planlaşdırılmır.
Globalinfo.az-ın xəbərinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov jurnalistlərə açıqlamasında qeyd edib ki, belə bir təmas hələlik gündəmdə olmasa da, ehtiyac yaranarsa, tərəflər bu söhbəti qısa müddətdə təşkil edə bilərlər:
“Xeyr, hələ yox. Amma lazım gələrsə, hər iki tərəf məqsədəuyğun hesab edərsə, bunu çox tez təşkil etmək olar”.
Qeyd edək ki, Putin və Tramp sonuncu dəfə oktyabrın 16-da telefonla əlaqə saxlayıblar. Həmin söhbət Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən əvvəl baş tutub.
Tahir Turan
Globalinfo.az