Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
“Çində keçiriləcək bütün görüşlər böyük əhəmiyyət daşıyacaq”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüşün dəqiq vaxtı hələ məlum deyil: “Bununla bağlı bir neçə variant nəzərdən keçirilir”.
Peskovun sözlərinə görə, Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşünün gündəliyi razılaşdırılıb. Bununla belə, bəzi məsələlər görüşün gedişində dəqiqləşdirilə bilər.
Kremlin sözçüsü vurğulayıb ki, Putin və Trampın mühüm görüşlərlə bağlı planları var. Məhz buna görə də iki liderin ikitərəfli təmasının vaxtı uzun müddətdir razılaşdırılır.
Bizim.Media