Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı münaqişənin həlli prosesi ilə bağlı açıqlama verib.
Globalinfo.az xəbər verir ki, onun sözlərini TASS agentliyi sitat gətirib.
Peskov ABŞ Prezidenti Donald Trampın tərəflərin Ukraynadakı münaqişəyə son qoymağa yaxınlaşması barədə səsləndirdiyi fikirlərə münasibət bildirərək, nizamlanma istiqamətində işlərin müsbət dinamikada davam etdiyini vurğulayıb.
“İş davam edir, proses irəliləyir. Hər şey planlaşdırıldığı kimi, müsbət tendensiya ilə davam edir. Hazırda Ankoricdə razılaşdırılmış formulun həyata keçirilməsi çox vacibdir”, – deyə Kremlin sözçüsü bildirib.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişənin həlli üçün razılaşmaya hazır olduğuna əminliyini ifadə etmişdi.
Tahir Turan
Globalinfo.az