Peskovdan Zelenskinin nüvə istəyinə reaksiya: ÇOX BÖYÜK DƏLİLİKDİR!

05.02.2025

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, nüvə silahının yayılmaması rejimi mövcuddur.

Turkustan.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Zelenskinin Ukraynaya Rusiyanı dayandırmaq üçün kifayət qədər miqdarda nüvə silahı vermək tələblərini “dəliliklə sərhəd” adlandırıb. O, bu fikri jurnalistlərə TASS-ın sualını cavablandırarkən bildirib.
"Ümumiyyətlə, bu cür bəyanatlar və bu cür ifadələr çılğınlıqla həmsərhəddir. Nüvə silahının yayılmaması rejimi var"- deyə, Peskov bildirib.

Bundan əvvəl Zelenski bildirib ki, Qərb Ukraynaya nüvə silahı verməli və öz kontingentini bu ölkəyə göndərməlidir, çünki o, Kiyevi NATO-ya qəbul etmir.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью