Peter Fişer: Diplomatlar Gürcüstanda məhkəmələrə təsir etməyə çalışırlar

19.05.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Tbilisi, 19 may, AZƏRTAC

Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer diplomatların bu ölkə məhkəmələrinə birbaşa təsir göstərməyə çalışdıqlarını etiraf edib.

AZƏRTAC xəbər verir ki, səfir gürcü mətbuatına açıqlamasında bildirib:“Təəssüf ki, Gürcüstanda ədliyyə sisteminə müdaxilə cəhdlərinin qarşısı alınmır. Diplomatlar məhkəmələrə birbaşa təsir etməyə çalışırlar”.

Həmçinin səfir əlavə edib: "Almaniyada bizim polisə şillə vurmağa ixtiyarımız yoxdur. Amma Batumidə jurnalistin polisə əl qaldırdığını hamı gördü. Lakin sual olunur: o, doğrudan da, 4 ildən 7 ilədək həbsə layiqdirmi? O, artıq 4 aydır həbsdədir. Bəlkə də, bu müddət etdiyi iş üçün kifayətdir”

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью