Peter Madyardan Macarıstan Prezidentinə TƏHDİD: “Könüllü istefa verməsən…”

01.06.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident Tamaş Şuyok könüllü olaraq istefa verməyəcəyi təqdirdə Macarıstan hökuməti parlamentdə ona qarşı impiçment proseduruna başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Macarıstanın yeni Baş naziri Peter Madyar dövlət başçısına xəbərdarlıq edib.
 

Baş nazir qeyd edib ki, o, artıq mövcud vəziyyəti prezidentlə müzakirə edib və onu gözlənilən mümkün nəticələr barədə xəbərdar edib. Tamaş Şuyok istefa verməkdən imtina edəcəyi təqdirdə, hökumət başçısı bu məsələni hakim "Tisa" partiyasının fraksiyasının müzakirəsinə çıxarmağı və impiçment üçün rəsmi addımlar atmağı planlaşdırır.


Bununla yanaşı, Baş nazir vurğulayıb ki, Macarıstanın hazırkı Konstitusiyası prezidentin vəzifədən kənarlaşdırılması mexanizmini nəzərdə tutur.
Lakin rəsmi Budapeşt prezidentlik institutunun nüfuzuna xələl gətirməmək üçün hadisələrin bu cür ssenari üzrə inkişafından qaçmağa üstünlük verir.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью