Petr Pavel: Çex kronu inkişafımıza mane olarsa, ondan imtina edilməlidir

01.06.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Praqa, 1 iyun, AZƏRTAC

Çexiya Prezidenti Petr Pavel ölkənin avroya keçidini dəstəklədiyini bir daha bəyan edib. Praqada keçirilən “reVize Česka” konfransında çıxış edən dövlət başçısı bildirib ki, əgər milli valyuta iqtisadi inkişaf üçün maneəyə çevrilərsə, ona olan emosional bağlılıq aradan qaldırılmalıdır.

AZƏRTAC xəbər verir ki, onun sözlərinə görə, avronun tətbiqi Çexiyanın Avropa İttifaqı daxilində qərarların qəbulunda daha fəal iştirakına imkan verəcək.

Prezident həmçinin vurğulayıb ki, ölkənin uğurlu gələcəyi yalnız Avropa İttifaqının tərkibində mümkündür. Bununla yanaşı, Baş nazir Andrey Babiş rəhbərliyindəki hökumət avrozonaya inteqrasiyaya qarşı çıxır.

Müxalifətdəki TOP 09 partiyası isə hökuməti 2029-cu ilin sonunadək ERM II mexanizminə qoşulmağa çağırıb. Partiyanın hesablamalarına görə, avronun tətbiq edilməməsi hər çex ailəsinə ildə təxminən 10 400 kron (416 avro) zərər vurur.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью