Petr Yan əməliyyat olunub və iki ay döyüşə bilməyəcək

28.01.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ən yüngül çəkidə hazırkı UFC çempionu olan 32 yaşlı Petr Yan, Las Vegasda keçirilən “UFC 323”də Merab Dvalişvili ilə revanş döyüşündən sonra əməliyyat olunduğunu açıqlayıb.

İdman.Biz bildirir ki, döyüş Petrin yekdil qərarla qələbəsi ilə başa çatıb.

“Doqquz saat anesteziya altında qaldım. Dünən bel əməliyyatım oldu. Bir neçə ay sonra geri qayıdacağam”, - Yan sosial şəbəkədə yazıb.

Petr və Merab arasında ilk döyüş 11 mart 2023-cü ildə “UFC Fight Night 221”də baş tutub. Döyüş beş raundun hamısında davam edib və Dvalişvilinin yekdil qərarla qələbəsi ilə başa çatıb. Bu, Yanın ardıcıl üçüncü məğlubiyyəti idi.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью